KhataiStreet
x = independently organized TED event

Theme: Employment

This event occurred on
July 7, 2024
Baku, Bakı
Azerbaijan

In the spirit of ideas worth spreading, TEDx is a program of local, self-organized events that bring people together to share a TED-like experience. At a TEDx event, TEDTalks video and live speakers combine to spark deep discussion and connection in a small group. These local, self-organized events are branded TEDx, where x = independently organized TED event. The TED Conference provides general guidance for the TEDx program, but individual TEDx events are self-organized (subject to certain rules and regulations).

TEDxKhataiStreet
Badamdar şossesi 34
Baku, Bakı, AZ1000
Azerbaijan
Event type:
Standard (What is this?)
See more ­T­E­Dx­Khatai­Street events

Speakers

Speakers may not be confirmed. Check event website for more information.

Anar Əliyev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub. Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb. Evlidir, iki övladı var.

Emil Məsimov

Azerconnect Group-un baş direktoru
Emil Məsimov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsini bitirmiş və təhsilini Bakı Dövlət Universitetində davam etdirərək 2007-ci ildə magistr dərəcəsi almışdır. 2013-cü ildə İngiltərinin Kembric şəhərində Mini-MBA təlimlərini uğurla başa vurduqdan sonra O, İngiltərənin Mançester Universitetində təhsilini davam etdirmiş və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə cənab Məsimov “Tərəqqi” medalı ilə təltif edilmişdir. Cənab Məsimov 2022-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olmuşdu

Fərid Hüseynov

Kapital bank idarə heyətinin sədri
Fərid Hüseynov 1999-2000-ci illərdə İqtisad Universitetində bank və maliyyə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Daha sonra 2001-ci ildən 2007-ci ilədək «Bank of Baku»da menecer vəzifəsində çalışıb. 2007-2010-cü illərdə isə bankın idarə heyəti sədrinin müavini vəzifəsini tutub. 2011-2013-cü illərdə F.Hüseynov «Bank of Baku» sədrinin 1-ci müavini və idarə heyətinin üzvü olub. 2013-2-15-ci illərdə isə Bankın Baş direktoru vəzifəsini tutub. F.Hüseynov «KapitalBank»ın sıralarına 2015-ci ildə qoşulub və 2015-2017-ci illərdə burada baş əməliyyat direktoru olaraq çalışıb. 2017-ci ildən bugünkü təyinatına qədər isə bankın idarə heyəti sədrinin 1-ci müavini vəzifəsini tutub. Hazırda Kapital bank idarə heyətinin sədri vəzifəsində çalışır.

Himalay Məmişov

Dövlət Sosial Müdafiə Fondunun sədri
2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr, 2009-cu ildə fərqlənmə ilə həmin fakültənin magistr və 2017-ci ildə Hüquq fakültəsinin doktorantura pilləsini bitirib. 2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləyib. 2012-2013-cü illərdə həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. 2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilib. 2019-cu ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Hazırda Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyin edilib.

Mehriban Rəsulova

Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı departamentinin müdiri
Rəsulova Mehriban 1991-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə təhsil alıb. “ATL Academy” də direktor vəzifəsində çalıb. Hazırda Dövlət Məşğulluq Agentiyinin peşə hazırlığı departamentinin müdiri vəzifəsində çalışır.

Rüfət Əzizov

Sumqayıt Dövlət Universitetinin rektoru
1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olmuş və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.[2][3] 2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən "Chartered Scientist" elmi adına layiq görülüb. 2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, "Executive MBA" proqramını bitirib. Kornell Universitetinin ali idarəetmə, Corc Vaşinqton Universitetinin layihələrin idarə olunması və Oksford Universitetinin süni intellekt proqramı da daxil olmaqla bir çox kurs və təlimlərdə iştirak edib. Ailəlidir, iki övladı var.

Organizing team

Samuel
Mahmudlı

Organizer